RU

Döyüşçü robot bir zərbə ilə şirkət rəhbərini yerə uzatdı –VİDEO

Çində robot -humanoid şirkət rəhbərini təpiklə yerə yıxıb. AzPost CNN-ə istinadən bildirir ki, bununla bağlı kadrlar maraqla qarşılanıb.

Çində robototexnika şirkəti olan “EngineAI” tərəfindən yayımlanan videoda humanoid T800 robotunun baş direktor Zao Tongyanqı yerə yıxdığı göstərilir. Kadrlarda əlbəyaxa döyüş zamanı robotun kəskin zərbə ilə direktoru yerə yıxdığı görünür.

Şirkət iddia edir ki, simulyasiya edilmiş döyüşün məqsədi onun son modelinin kompüter qrafikası ilə yaradıldığı iddialarını təkzib etmək olub.

AzPost.az

Избранный
21
azpost.info

1Источники