Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Son illər 3600-dən çox təhsil müəssisəsi ya yenidən tikilib, ya da bərpa olunub".Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi : təcrübələr və yeni yanaşmalar” adlı beynəlxalq konfransda qeyd edib. Nazir müavini bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə islahatlar keçirilir. Keçirilən islahatlar ümumtəhsildən də yan keçməyib:“"STEAM" təhsilinə 300 mindən çox, "Rəqəmsal bacarıqlar" layihəsinə 500 mindən çox şagird qoşulub. 400 məktəb yeni metodik vasitələrlə təmin olunub. 2000-dən çox məktəbdə yenilənmiş monitorinq aparılır. 80 mindən çox müəllim isə sertifikasiyadan keçib".Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.