Bakı. Trend:
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının vəBöyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə dəonların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlarhesab olunur.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanunlayihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, bu gün artıq 2027-2030-cu illəri əhatəedəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramıhazırlanır.
Ə.Əsədov əlavə edib ki, 2026-2029-cu illərdə dövlətxərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa vəməskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
- Müdafiə və milli təhlükəsizlik tədbirləriningücləndirilməsi;
- Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərindavamlı icrası;
- Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
- Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərinkeyfiyyətinin yüksəldilməsi;
- Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.