RU

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb

Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 2026-2029-cu illər üçün dövlət xərclərinin prioritet istiqamətlərini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, bu dövrdə vəsaitin əsas istiqamətləri aşağıdakılar olacaq:

  • İqtisadiyyatın davamlı inkişafının təşviqi;

  • İşğaldan azad edilmiş bölgələrin bərpası, yenidənqurulması və məskunlaşdırılması;

  • Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi;

  • Sosial müdafiə və rifahın artırılması ilə bağlı layihələrin davam etdirilməsi;

  • Təhsil və innovasiya sahələrinin inkişafının dəstəklənməsi;

  • Səhiyyə xidmətlərinin modernləşdirilməsi və tibbi xidmət keyfiyyətinin yüksəldilməsi;

  • Ətraf mühitin qorunması və “yaşıl” iqtisadi inkişafın təmin edilməsi.

Əli Hüseynov 

Избранный
54
bakivaxti.az

1Источники