RU

Yeni texnologiyalar sayəsində neft və qazın ötürülmə həcmini 10–15% artırmağa nail ola bilmişik – SOCAR MGO

Bakı. Trend:

Müvafiq texnologiyalardan istifadə etməklə ötürülən neft vəqazın həcminin 10-15% artırılmasına nail ola bilmişik.

Bunu “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO) icraçıdirektoru Polad Rüstəmov bu gün Bakıda keçirilən “Asset Integrity &Corrosion and Coatings Conference” tədbiri çərçivəsində Trend-ə açıqlamasındadeyib.

O bildirib ki, əsas məqsəd mövcud infrastrukturun ömrünü dahauzunmüddətli etmək üçün müvafiq texnologiyalardan istifadəetməkdir:

"Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq şirkət öz məhsullarınıtəqdim edir. Biz SOCAR olaraq bu tədbirin dəstəkçisiyik. Məqsədimizondan ibarətdir ki, həm SOCAR-ın özünün əməliyyatlar apardığı borukəmərlərində, zavodlarda, kompressor stansiyalarında, həm dətərəfdaşlarımızın Azərbaycan ərazisində və xaricdə - TANAP, TAPkimi boru kəmərlərində - yeni texnologiyalardan istifadəni onlarlatanış edək. Burada bütün şirkətlərə imkan verilir ki, onlarmüxtəlif korporasiyalarla tanış olsunlar və öz işlərini onlaratəqdim etsinlər".

P. Rüstəmov vurğulayıb ki, məqsəd mövcud infrastrukturu dahauzunmüddətli istifadə etmək üçün müvafiq texnologiyalardanyararlanmaq və nəticədə ölkə iqtisadiyyatına fayda verməkdir:

"Çünki artıq biz infrastrukturu tikib maliyyə ayırmışıq.Yenisini tikmək yerinə mövcud olan infrastrukturu daha uzunmüddətliistifadə etmək daha səmərəli olar. Bu istiqamətdə görülən işlərənümunə olaraq boruların daxildən və xaricdən yoxlanılmasını qeydedə bilərəm. Belə ki, boru kəmərlərinin içərisində neft-qazuzunmüddətli qaldıqda o, kəməri zədələyə, korroziyaya uğrada bilər.Biz korroziyanın qarşısını almaq üçün inspeksiya aparırıq. Bunu çoxinkişaf etmiş avadanlıqlarla həyata keçiririk və dəqiqliklə bilirikki, hansı boru kəmərinin hansı hissəsində korroziya baş verir".

İcra direktoru qeyd edib ki, eyni zamanda boru kəmərinikəsmədən, qaz, neft axını davam etdiyi halda üstdən müvafiqcihazlarla yoxlamalar apararaq korroziya hallarını aşkarlamaqmümkündür:

"Ümumilikdə, boru kəmərində hər hansı korroziyaya uğrama halıvarsa, yeni texnoloji alətləri istifadə edərək onu qoruyabilirik.

Məsələn, əvvəl boru kəmərindən ötürülən qazın təzyiqi 15atmosfer idisə, indi yeni texnologiyalardan istifadə edib 25atmosferə çıxara bilirik. Bu o deməkdir ki, ötürülən neft və qazınhəcmi artır. İxrac həcmlərinin artırılması ölkə iqtisadiyyatına çoxmüsbət töhvələrini verə bilər".

"Ümumilikdə, müvafiq texnologiyalardan istifadə etməklə ötürülənneft və qazın həcminin 10-15% artırılması mümkündür. Burada əlavəinvestisiyaya ehtiyac yoxdur. Sadəcə boru qatını qoruyaraq onuniçərisindən keçən miqdarı, təzyiqi artırmaq mümkündür", - deyə P.Rüstəmov fikrini yekunlaşdırıb.

Məqalədə:
Избранный
18
az.trend.az

1Источники