RU

Rusiyada təyyarə qəzası: Göyərtədə olanların taleyi məlum deyil

Rusiyanın İvanovsk vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Telekanalın məlumatına görə, qəza Rusiya vilayətinin Furmanovski rayonunda baş verib. Təyyarədə yeddi ekipaj üzvü olub. Onların taleyi məlum deyil.

“Shot” yazıb ki, təyyarə Rusiya Müdafiə Nazirliyinə aid ola bilər. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Qəzanın səbəbləri barədə məlumat yoxdur.

Избранный
93
50
publika.az

10Источники