RU

Veteranlara verilən 80 manatla bağlı VACİB AÇIQLAMA – Artırılacaq?

Son günlər gündəmdə olan sosial məsələlərdən biri də müharibə veteranlarına verilən 80 manatlıq müavinətin artırılıb-artırılmayacağı ilə bağlıdır. Maraqlıdır, veteranlara verilən 80 manat artırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 2025-ci ilin büdcə müzakirələri zamanı bu məsələ gündəmə çıxmayıb.

Onun sözlərinə görə, veteranların sayının çoxluğu hökumətin əlavə vəsait ayırmasını çətinləşdirir:

“Təəssüf ki, gələn il bu sosial müavinətlə bağlı artım olmayacaq. Büdcə müzakirələri zamanı bu məsələ gündəmə gəlmədi. Saylarının çox olduğunu önə çəkirlər. Sayı çox olduqlarına görə, onların müavinətinin artırılması çətinləşir. Büdcədə bununla bağlı əlavə vəsait yoxdur,” – deyə ekspert vurğulayıb.

Beləliklə, görünən odur ki, 2026-ci ildə veteran müavinəti əvvəlki kimi 80 manat olaraq qalacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
75
1
konkret.az

2Источники