RU

Boris Strečanský: Vətəndaş təşəbbüsləri üçün yerli və beynəlxalq resursların birləşdirilməsi vacibdir

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelinin sonunda Slovakiya və Avropa üzrə vətəndaş cəmiyyəti siyasəti eksperti Boris Strečanský video bağlantı vasitəsilə çıxış edib.

QHT.az xəbər verir ki, o bildirib ki, məqsədi təmsil etdiyi mərkəzin fəaliyyəti və yaradılan model barədə məlumat verərək bu təcrübənin Azərbaycandakı həmkarlar üçün ilham mənbəyi olmasına töhfə verməkdir. Çıxışında qeyd edib ki, dəyişiklik etmək istəyən bir çox təşkilatın maliyyə resursları məhduddur və bu səbəbdən onların donorlar, xarici sponsorlar və eyni zamanda yerli tərəfdaşlarla əlaqələrinin qurulması vacibdir.

"Strateji yanaşma məhz yerli filantroplar, vətəndaş cəmiyyəti və korporasiyalarla əlaqələrin qurulması üzərində formalaşmalıdır. Onun sözlərinə görə, bu yanaşma resurslara çıxış üçün davamlı infrastrukturun formalaşmasına və vətəndaş təşəbbüslərinin güclənməsinə şərait yaradır. Slovakiya Xeyriyyə Mərkəzi vətəndaş təşəbbüslərini dəstəkləmək məqsədilə həm yerli, həm də beynəlxalq resursları cəlb edir və bu modelin Azərbaycan üçün də faydalı təcrübə ola biləcəyinə ümid etdiklərini bildirib".

Избранный
88
qht.az

1Источники