RU

Yeni texnologiyalar neft-qaz avadanlıqlarının texniki xidmət xərclərini azaltmağa imkan verir — Alan D’Ambraccio

Bakı. Trend:

Neft-qaz sənayesində avadanlıqların texniki xidməti vədayandırılması (“turnaround”) üzrə görülən işlər son dərəcə bahabaşa gəlir və maliyyə ili ərzində operativ fəaliyyətə ən böyüktəsiri göstərən amillərdən biridir.

Trend xəbər verirki, bunu bu gun "ENCOTEC - TUV Rheinland Industrial Services UK"şirkətinin ("TÜV Rheinland" – sənayedə texniki nəzarət, təftiş,sertifikatlaşdırma və konsaltinq sahəsində ixtisaslaşan beynəlxalqalman təşkilatının bölməsi) bazarın inkişafı üzrə meneceri vəbeynəlxalq satışlar rəhbəri Alan D’Ambraccio bildirib.

Onun sözlərinə görə, bu proseslər zamanı obyektə minlərlə işçicəlb olunur, mürəkkəb və riskli əməliyyatlar icra edilir, avadanlıqsökülür və insanlar onun daxilində işləyirlər.

O vurğulayıb ki, ənənəvi təftiş üsulları - UT və MP kimi ucuzgörünsə də, əslində avadanlığın sökülməsi, çənlərin boşaldılması,izolyasiyanın çıxarılması və konstruksiyaların quraşdırılması kimiproseslərə böyük xərclər tələb edir. Dronlar və sürünən robotlarkimi yeni texnologiyaların tətbiqi isə bir çox işlərin, o cümlədəndaxili təftişin daha təhlükəsiz və az xərclə yerinə yetirilməsinəimkan yaradır:

“Bu zaman ənənəvi müfəttişlər texnologiyaların tətbiqinəmüqavimət göstərə bilirlər, çünki onların işi başqa operatorlaraötürülür. Texnologiyaların tətbiqi təftişlərin müddətini vəintensivliyini avadanlığın real tələbatına uyğun şəkildə dəyişməyəşərait yaradır. Bu isə “turnaround” işlərini daha qısa, səmərəli vəistehsala daha az təsir edən edir”.

Məqalədə:
Избранный
67
az.trend.az

1Источники