RU

"Çox istəyərdik ki, "Qarabağ"la görüşdə xal qazanaq" - "Ayaks"ın baş məşqçisi

style='margin-bottom:10px;'>

"Klubdakı insanlar bizə dəstək olurlar. Bu da bizə ümid verir. Bakıya yaxşı səhayət oldu. Şadıq ki, azarkeşlərimiz bura gəliblər".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ın baş məşqçisi Fred Qrim oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Onların oyunlarına baxmışam. "Qarabağ" çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumçuları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

F.Qrim uzun səyahətin futbolçulara təsiri ilə bağlı da danışıb: "Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər".

Komandanın aparı hücumçularından olan Vut Veqhorstun sabahkı matçı buraxmasına toxunan mütəxəssis bildirib: "Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük".

Baş məşqçi "Sabahkı matçdan gözləntiniz nədir?" sualına belə cavab verib: "Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq".

Избранный
16
4
teleqraf.com

10Источники