RU

Rəşad Nəbiyev “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfərçərçivəsində “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəriİtan Klayn ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdə süni intellekt və yeni texnologiyalarsahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı,eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgəfəaliyyət və təlim imkanları müzakirə edilib.

Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıxtərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədəfikir mübadiləsi aparılıb.

İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, buçərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasınınvacibliyi vurğulanıb.

Избранный
64
6
az.trend.az

9Источники