RU

Bu halda tərəflərin istəyindən asılı olmayaraq işçinin əmək müqaviləsinə xitam veriləcək

Bakı. Trend:

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinəxitam verilməsinin əsaslarında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 4-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, qanunvericiliklə daha uzun müddətmüəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altıaydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əməkfunksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və yaistəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

Qanun layihəsinə əsasən, qanunla daha uzun müddət müəyyənedilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çoxmüddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasınıyerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramınauyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işəkeçirilməsi mümkün olmadıqda tərəflərin iradəsindən və yaistəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək.

Mövcud qanunvericiliyə görə, qanunvericiliklə daha uzun müddətmüəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altıaydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əməkfunksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və yaistəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

Избранный
113
11
az.trend.az

10Источники