RU

Emil Hüseynov: "Süni intellekt dövründə mərkəzdə yenə insan dayanır"

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində HR İnstitutunun direktoru Emil Hüseynov çıxış edərək insan resursları, süni intellekt və müasir əmək bazarının çağırışları barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Emil Hüseynov bildirib ki, Dövlət Məşğulluq Agentliyinin sıfırdan yaradılması və kadr heyətinin formalaşmasında birbaşa iştirak edib və bu təcrübə ona göstərib ki, insan əzmkarlıq və düzgün yanaşma ilə hər şeyə nail ola bilər. O vurğulayıb ki, texnologiya nə qədər inkişaf etsə də, onun mərkəzində yenə insan dayanır.

"Süni intellekt canlı deyil və empatiya, birbaşa ünsiyyət, emosional bağ kimi insani keyfiyyətlərə malik deyil. Məhz bu xüsusiyyətlər insanı süni intellektdən fərqləndirir. Hər bir təşkilatda uğurun təxminən 80 faizi birbaşa komandanın üzərinə düşür. Müasir insan resursları idarəetməsində əsas prioritetlərdən biri düzgün komandanın formalaşdırılması, işçilərin motivasiyası və davamlı inkişafıdır. Həmçinin təşkilati mühit və korporativ mədəniyyət hər bir sistemdən daha önəmlidir, ən mükəmməl texnoloji sistemlər belə zəif mədəniyyət şəraitində yüksək nəticə vermir".

Emil Hüseynov xüsusilə qeyd edib ki, korporativ mədəniyyətin güzgüsü rəhbərdir. Əgər rəhbər qoyulan dəyərlərə və qaydalara əməl etmirsə, bunu komandadan da tələb etmək mümkün deyil:

"Hər bir transformasiya və sistem quruculuğunda rəhbər prosesin önündə getməlidir. Müasir dövrdə bilikdən daha çox bacarıqlar ön plana çıxır və əmək bazarı ixtisas yönümlü modeldən bacarıq yönümlü modelə keçir".

O sonda xüsusilə tez öyrənmə və adaptasiya bacarıqlarının gələcək nəsil üçün əsas üstünlük olacağını qeyd edib.

 

Pərvanə Fərhadqızı

Избранный
17
qht.az

1Источники