RU

Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Aznews.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. “Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”, - deyə o bildirib.

Избранный
48
32
aznews.az

10Источники