RU

Türkiyə ordusu Suriyaya daxil olub? AKP açıqladı

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi kolonların Suriyaya daxil olduqlarına dair sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik deyib.

"Bölgədə uzun müddətdir xidmət göstərən birliklərimizlə yeni birliklərimiz arasında yerdəyişmə prosesi aparılır. Türkiyə Silahlı Qüvvələri Suriya ilə əldə edilən saziş çərçivəsində mövqeyini qoruyur. Mövqelərimizdə heç bir dəyişiklik yoxdur və bölgədə fövqəladə vəziyyətdən söhbət gedə bilməz", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə mediası ordunun üç istiqamətdən - Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olması barədə məlumat yaymışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
axar.az

1Источники