RU

Azərbaycanda bu şəxslərə əlavə məzuniyyətə görə kompensasiya verilməyəcək

Baku.ws saytına istinadən ain.az xəbər verir.

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik ediləcək.

BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlar və işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək.

Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
5
baku.ws

6Источники