RU

Trampdan Avropaya XƏBƏRDARLIQ “Çox pis şeylər baş verir”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa miqrasiya və enerji siyasəti səbəbindən özünü məhv edə bilər”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.

“Avropada çox pis şeylər baş verir… Onlara bir pulsuz məsləhət verim. Daha ehtiyatlı olsalar, yaxşı olar, çünki miqrasiya və enerji siyasəti Avropanı məhv edəcək”, – deyə o bildirib.

Sentyabrın sonunda Tramp bildirmişdi ki, miqrasiya və enerji resursları ilə bağlı problemlər Avropanı məhv edən “iki başlı canavardır”.

Amerikalı liderin fikrincə, Avropa ölkələri miqrasiya böhranı səbəbindən “cəhənnəmə doğru sürüklənir”. O qeyd edib ki, “sərhədlərin açıq qalması ilə bağlı uğursuz eksperimentə” son qoyulmalıdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
icma.az

2Источники