RU

Qadınlar üçün natamam iş vaxtında maaşın ödənilməsi qaydası dəyişir

Bakı. Trend:

Qadınlar üçünnatamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanıəmək haqqının saxlanılması qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regionalməsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasındamüzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hamilə, 14 yaşına çatmamış uşağı,yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstəailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlaraişlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam işgünü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadınıngündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı iləmüəyyən edilir.

Layihəyə əsasən, onlara natamam iş günü və ya natamam işhəftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsimüddəası aradan qaldırılır.

Mövcud qanunvericiliyə görə, Hamilə və 3 yaşınadək uşağı olanqadınların həm özünün, həm də uşağının tibb müəssisələrindədispanser və ambulator müayinələrinin keçirildiyi, həkimməsləhətləri aparıldığı günlərdə orta əmək haqqısaxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürənhökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Избранный
41
5
az.trend.az

6Источники