RU

Bu gün FED faiz qərarını açıqlayacaq - QIZILA PUL YATIRANLAR BU QƏRARI GÖZLƏYİR

Bu gün Bakı vaxtı ilə saat 23:00-da ABŞ Mərkəzi Bankı (,Federal Ehtiyat Sistemi, FED) 2025-ci ilin son faiz qərarını açıqlayacaq. 

Marja xəbər verir ki, FED tərəfindən federal fondlar üzrə faiz dərəcəsinin 25 baza bəndi (0,25 faiz bəndi) azaldılaraq 3,75%–4,00% aralığından 3,50%–3,75% aralığına endirilməsi geniş şəkildə gözlənilir. Bu addım sentyabr və oktyabrda həyata keçirilən bənzər endirimlərin ardınca atılır. Belə bir qərar borclanma xərclərini 2022-ci ildən bəri ən aşağı səviyyəyə salmış olacaq.

Qərar əmək bazarında sürətlə soyuma əlamətlərinin müşahidə olunduğu bir vaxtda verilir. Bununla yanaşı, siyasətçilər hökumətin bağlanması səbəbindən gecikdirilən və ya dayandırılan bir neçə əsas statistik məlumatın açıqlanmaması şəraitində çalışmaqda davam edirlər.

 

Diqqət həmçinin yenilənmiş “dot plot” cədvəlinə və siyasətçilərin 2026-cı il üçün faiz dərəcəsi gözləntilərinə yönələcək. Treyderlər hazırda gələn il üçün təxminən iki əlavə 25 baza bəndlik faiz endirimi gözləyirlər ki, onların mart və sentyabr aylarında baş tutacağı ehtimal olunur. Bu, Fed-in cari ilin sentyabr proqnozları ilə müqayisədə dəyişiklikdir. Həmin proqnozlar 2026-cı il üçün cəmi bir faiz endirimini nəzərdə tuturdu.

İş elanları AzVak.az-da

Faiz qərarının ardından, Bakı vaxtı ilə saat 23:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq. Fed-in faiz endiriminin gözlənildiyi gündə investorların FED sədri Cerom Pauellin mesajlarını dəyərləndirməyə hazırlaşması ilə qızıl bir qədər bahalaşıb.

Qızıl 0,2% bahalaşaraq bir unsiyası 4215,61 dollara qalxıb.

Gümüş isə sessiyada daha əvvəl 61,46 dollara yüksələrək bütün zamanların rekordunu yenilədikdən sonra 0,6% artımla 61,06 dollar/uns səviyyəsində ticarət olunub. Bu yüksəliş, tükənən ehtiyatlar və güclü sənaye tələbi fonunda çərşənbə axşamı 60 dollar həddinin aşılmasından sonra davam edib.

"GoldSilver Central"ın baş direktoru Brayan Lan bildirib: “Qızılın qiymətində çox dəyişiklik görmürük, hələ də dar diapazonda hərəkət edir. İnsanlar bu gecə FED-in faiz qərarında və pul siyasəti trayektoriyasına dair yeni açıqlamaların olub-olmayacağına baxacaqlar”.

FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük iclası çərşənbə günü açıqlanacaq faiz qərarı ilə başa çatacaq; ardınca Pauell mətbuat konfransı keçirəcək. İnvestorlar hazırda 0,25 bəndlik endirim ehtimalını 88,6% olaraq qiymətləndirirlər.

FED sədrliyi üçün ən güclü namizədlərdən biri olan Ağ Ev-in iqtisadi müşaviri Kevin Hassett çərşənbə axşamı etdiyi açıqlamada daha çox faiz endirimi üçün “kifayət qədər yer” olduğunu deyib, lakin artan inflyasiyanın bu mənzərəni dəyişə biləcəyini qeyd edib.

"GoldSilver Central"ın baş direktoru Brayan Lan əlavə edib: “Hazırda çox adam qiyməti davamlı artdığı üçün gümüşlə maraqlanır. Hindistan da daxil olmaqla böyük bazarlarda gümüşə ciddi tələbat var”.

Digər tərəfdən platin 1,2% ucuzlaşaraq 1669,70 dollara, palladium isə 0,2% geriləyərək 1503,26 dollara enib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

FEDfaizqərarıfederalfondlarfaizendirimiABŞmərkəzibankıJeromePowelldotplot2026proqnozuəməkbazarlarıinflyasiyaqızılgümüşrekordmetallartreyderlərFOMCborclanmaxərcləriKevinHassettpullsiyasəti
Избранный
17
1
marja.az

2Источники