RU

“Mançester Yunayted” gənc avstriyalı müdafiəçiyə elçi düşüb

İspaniyanın “Elçe” klubunun mərkəz müdafiəçisi, avstriyalı David Affenqruber “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İdman.Biz bu barədə “TEAMtalk”a istinadən məlumat verir.

İngiltərə nəhənginin nümayəndələri avstriyalı futbolçunun uzunmüddətli perspektivdə Leni Yoro ilə müdafiənin mərkəzində etibarlı cütlük formalaşdıra biləcəyinə inanırlar.

24 yaşlı oyunçuda xüsusilə topa inamlı nəzarət, hava toplarındakı üstünlük və Ruben Amorimin tələb etdiyi kimi lazım gəldikdə yarımmüdafiəyə kömək edə bilməsi yüksək qiymətləndirilir.

D.Affengruber cari mövsümdə La Liqada “Elçe”nin heyətində 14 matça çıxıb. Transfermarkt ona 7,5 milyon avro dəyər biçir.

İdman.Biz

Избранный
15
idman.biz

1Источники