GƏNCƏ, 10 dekabr. TELEQRAF
Gəncədə dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, zəhərlənənlərinəksəriyyəti Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir.
Onlar dərsdən sonra dönərləqidalanıblar.
Zəhərlənənlərin adlarını təqdim edirik: Əli Zeynalov (2015), Məlahət Məmmədova (2015), Kamal İsmayılov (2015), Hüseyn Hüseynli (2015), Rüqəyya Tağıyeva (2015), Aydan Həsənzadə (2015), Adil Məmmədov ( 2015), Əli Mizəyev(2015).
Məktəblilər artıq ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.