RU

Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb

Bakı. Trend:

Sükan arxasında sərxoşluq ağır yol-nəqliyyat hadisələrinin əsassəbəblərindən biridir.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatındaqeyd edilib.

Bildirilib ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarəedilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsasamillərdən biridir:

"Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnənyol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması butəhlükənin hələ də aktual olduğunu göstərir. Görülənnəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən başverən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 faktazalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimlərizamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması butəhlükənin tam aradan qalxmadığını göstərir.

Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələrtəkcə sürücünün deyil, eyni zamanda digər yol hərəkətiiştirakçılarının və onların ailələrinin həyatına ağır təsirgöstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz izburaxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər birvətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyükəhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciətedərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geridönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verənhadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanlarınhəyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağaçağırır", - məlumatda qeyd olunub.

Избранный
24
13
az.trend.az

10Источники