RU

Sabirabadda sosial şəbəkədə kriminal aləmi təbliğ edən iki nəfər məsuliyyətə cəlb edildi

BAKI, 10 dekabr. TELEQRAF

Sabirabad rayonunda kriminal aləmi təbliğ edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, rayonun Qalağayın kəndində yaşayan 1996-cı il təvəllüdlü Samir Vəliyev (ad-soyad şərti verilib – red.) sosial şəbəkədə kriminal aləmi təbliğ edən video və fotoşəkil paylaşıb.

Bu səbəbdən onunla profilaktik söhbət aparılması üçün yaşadığı ünvana polis əməkdaşları gedib, onunla kənd ərazisində qarşılayıb.

Bu zaman təqsirli bilinən şəxs ucadan nalayiq ifadələr işlədib.

Sabirabad Rayon Polis Şöbəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 4gün müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən Sabirabad rayonun Quruzma kəndində yaşayan 1991-ci il təvəllüdlü Əfsən Babayev saxlanılıb.

Onun da barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ittiham elan edilib. Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Həmin məcəllənin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 100 manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Избранный
18
2
teleqraf.com

3Источники