Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.
1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.