RU

Okan Buruk: “İkinci hissə istədiyimiz kimi olmadı”

Türkiyənin Qalatasaray klubu dünən Çempionlar liqasında Fransanın Monako klubuna məğlub olub. Vətəninfo.az xəbər verir ki, klubun  baş məşqçisi Okan Buruk, komandası ilə bağlı son durumu dəyərləndirərkən, birinci hissədə rahat olduqlarını, lakin ikinci hissənin istədikləri kimi keçmədiyini bildirdi. Buruk, “Çətin bir dövrdən keçirik. Dəyərli oyunçularımızın olmadığı bir mərhələdəyik. Məyusuq,” deyə bildirib.

Məşqçi, komandasının növbəti mərhələyə çıxmaq üçün mübarizəyə davam edəcəyini vurğuladı: “Yolumuza davam edəcəyik. 9 xalımız var. 2 oyunumuz qalıb. Növbəti oyunu qazanıb hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.”

Buruk, komandası üçün kritik əhəmiyyət daşıyan Atletico Madrid oyununa hazırlıqla bağlı da açıqlama verib: “Atletico Madrid oyununa daha hazır və inşallah tam heyətlə çıxıb, qazanaraq yolumuza davam etmək istəyirik,” deyə sözlərini tamamladı.

Избранный
61
veteninfo.az

1Источники