RU

Yol kənarında saxladığı maşın işə düşdü: bacısı öldü

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Lerik rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Globalinfo.az bildirir ki, “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Tikaband kəndində qeydə alınıb.

Kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı avtomobili Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Lakin bir qədər sonra maşın qəfildən hərəkət edərək dərəyə aşıb.

Qəza nəticəsində maşında olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
globalinfo.az

10Источники