RU

İdarə Heyətinin sədri: KOB-larda təhlükəsiz istehsalat mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır

Bakı, 10 dekabr, AZƏRTAC

Mütərəqqi texnologiyaların tətbiqi ilə müəssisələr təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin edə bilir, digər tərəfdən isə texnologiyaların mürəkkəblik səviyyəsinin artması yeni çağırışlar, risklər və gözlənilməz hadisələr yaradır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, sənaye təhlükəsizliyi artıq yalnız əməyin mühafizəsi ilə məhdudlaşmır, eyni zamanda, sağlamlıq və ətraf mühitin qorunmasını da əhatə edir: "Bu da təhlükəsizlik anlayışının daha geniş məzmun kəsb etdiyini göstərir. Ölkədə qeydiyyatda olan biznes subyektlərinin 99,7, məşğul əhalinin isə 45,3 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu baxımdan KOB-larda təhlükəsiz istehsalat mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır".

Orxan Məmmədov deyib ki, KOB-lar üçün təhlükəsizlik yalnız öhdəlik deyil, həm də uzunmüddətli inkişaf üçün iqtisadi üstünlükdür: "Lakin mikro və kiçik müəssisələrin maliyyə məhdudluğu, informasiya və təcrübə çatışmazlığı bu sahədə müəyyən çətinliklər yaradır",- deyə o qeyd edib.

Избранный
27
azertag.az

1Источники