RU

Afrika bayrağı altında gizlənən Rusiya gəmisi Odesada ƏLƏ KEÇDİ

Odesa limanında Rusiyanın “kölgə donanması”na məxsus gəmi həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Afrika bayrağı altında üzən gəmi işğal olunmuş Krımdan qanunsuz məhsul daşımaqda ittiham olunur.

Məlumata əsasən, Odesa limanında Rusiyanın “kölgə donanması”na daxil olan yük gəmisi saxlanılıb.

Gəminin işğal altındakı Krımdan Ukrayna kənd təsərrüfatı məhsullarının qanunsuz daşınması ilə məşğul olduğu bildirilir.

Qeyd olunur ki, quru yük gəmisi Odesaya Afrika ölkələrindən birinin bayrağı altında polad boru partiyasını çıxarmaq üçün gəlib.

Gəminin sahibinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) sanksiya siyahısında olduğu üzə çıxıb.

İstintaq müəyyən edib ki, genişmiqyaslı işğal başlayandan bəri gəmi ən azı 7 dəfə qeyri-leqal ixracat məqsədilə Sevastopola səfər edib.

Bundan əlavə, gəminin 2021-ci ilin yanvarında Ukrayna yarımadasından Cənubi Afrikaya təxminən 7 min ton taxıl çıxardığı məlum olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
80
interpress.az

1Источники