RU

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinbaş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.

Emin Şirvanzadə

Əlibəy Zeynallı

Избранный
59
24
apa.az

10Источники