RU

RİNN-də Çinin Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin ƏsədovÇin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət ƏmlakınaNəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüşkeçirib.

Trend bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərverir.

Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistikasahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirəolunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol”təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizionun əsas tərkib hissəsi kimi görür.

Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturunayatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələribarədə ətraflı məlumat verib. Qeyd olunub ki, region ölkələri iləfəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyiəhəmiyyətli dərəcədə yüksəlib.

Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülənişlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihəregional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədədavamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığıngenişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yenitəşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcudolduğunu vurğulayıblar.

RİNN-də
RİNN-də
RİNN-də
Избранный
70
2
az.trend.az

10Источники