RU

"İlk dövrədəki böyükhesablı qələbəmiz bizi aldatmamalıdır, çünki..." - Elgiz Kərəmli

1-ci Liqanın lideri "Şəfa" 10-cu tur çərçivəsində sabah "Zaqatala"nı qəbul edəcək. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Zaqatala" hər il stabil oynayan komandalardan biridir. Təcrubəli kollektivdir. İlk dövrədəki böyükhesablı qələbəmiz bizi aldatmamalıdır, cünki həmin görüş indiyə kimi liqada ən çox güc sərf etdiyimiz oyun olub. Son üç oyunda qələbə qazanmaları da onların yüksəlişdə olduğunun gostəricisidir. Buna baxmayaraq, bizim məqsədimiz hər oyunda qələbə qazanmaqdır. Oyuna nəzarət etməyə çalışacağıq. Yaratdığımız epizodlari tez reallaşdırmalıyıq ki, oyunun sonları bizim üçün çətin keçməsin. Komandamız oyuna hazırdır. İstəyimiz qələbə qazanaraq ən azı rəqiblərlə xal fərqimizi qorumaqdır".

Xatırladaq ki, "Şəfa" 2-ci turda bölgə təmsilçisini qonaq qismində 4 cavabsız qolla üstələyib. 

Nihat

Избранный
50
1
fanat.az

2Источники