RU

OKX Azərbaycan bazarı üçün avtomatlaşdırılmış P2P sifariş icrasını istifadəyə verdi

OKX
OKX P2P platformasında avtomatlaşdırılmış sifariş icra xidmətini işə salıb. Yeni mexanizm əməliyyatları sürətləndirir və dələduzluq risklərini azaldır. Bu yenilik birjanın Azərbaycan bazarına tam şəkildə daxil olmasının göstəricisidir.
Avtomatlaşdırılmış sifariş icrası satıcı alıcıdan təsdiqlənmiş ödəniş məlumatları üzrə vəsaiti aldıqdan sonra əməliyyatı avtomatik olaraq tamamlayır. Əvvəllər istifadəçilər əməliyyatları əl ilə təsdiq etməli olurdu ki, bu da bəzən gecikmələrə və mübahisələrə səbəb olurdu. Avtomatlaşdırılmış sifariş icrası Azərbaycan manatı ilə ticarət edən bütün istifadəçilər üçün əlçatandır, lakin xidmətə giriş üçün aşağıdakı üç yerli bankdan birində hesab təqdim edilməlidir: Kapital Bank, M10 və ya Rabitə Bank. Sistem daxil edilən məlumatların düzgünlüyünü avtomatik yoxlayır — Kapital Bank və Rabitə Bank üçün kart və ya hesab nömrəsi, M10 üçün isə telefon nömrəsi vasitəsilə. Məlumat səhv olduqda, istifadəçiyə bildiriş göndərilir. Şirkət bildirir ki, ödəniş üsullarının avtomatik yoxlanılması üçüncü şəxslərə məxsus kartlardan və ya etibarsız hesab məlumatlarından istifadə risklərini aradan qaldırır, həm birjanın daxili qaydalarına, həm də yerli tənzimləmələrə uyğunluğu təmin edir. “Avtomatlaşdırılmış sifariş icrası bütün OKX P2P ekosistemi üçün texnoloji bir yenilikdir. Bu funksiyanı məhz Azərbaycan istifadəçiləri üçün təqdim edirik ki, kriptovalyuta ilə işləmək daha rahat və təhlükəsiz olsun. Azərbaycan bizim üçün vacib strateji bazardır və biz onun inkişafına investisiya qoymağa davam edəcəyik”, — OKX nümayəndələri qeyd edib. Birja gələcəkdə dəstəklənən ödəniş üsullarının siyahısını genişləndirməyi planlaşdırır. Sifariş icrası üçün komissiya hər iki tərəf üçün əməliyyat məbləğinin 0.25%-i təşkil edir və prosesin bütün mərhələlərində göstərilir. OKX vurğulayır ki, Azərbaycanda P2P ticarətinə maraq artmaqda davam edir və xidmətlərin lokallaşdırılması şirkətin bazar strategiyasının əsas hissəsinə çevrilib. Xidmətin işə salınması ilə əlaqədar bir sıra promokampaniyalar təqdim olunur, o cümlədən həm yeni istifadəçiləri, həm də onları dəvət edənləri mükafatlandıran xüsusi referal proqramı. Treyderlər həmçinin P2P Exclusive Rewards çərçivəsində tapşırıqları yerinə yetirərək bonuslar qazana bilər, aktiv treyderlər üçün P2P Badges Promo mövcuddur və P2P Featured Ads sayəsində satıcıların elanları daha çox görünürlük əldə edir. OKX dünyanın aparıcı kriptovalyuta birjalarından biridir. 100-dən çox ölkədə 70 milyondan çox istifadəçi platformanın həllərindən yararlanır və şirkət həm Web3, həm də yerli ekosistemlərin inkişafına yatırım etməyə davam edir.

Reklam hüququnda

Избранный
115
1news.az

1Источники