RU

Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Görüşdə ölkəmizdə enerji sektorunda aparılan genişmiqyaslı transformasiya prosesləri diqqətə çatdırılıb,  “Saipem”lə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Enerji, infrastruktur və yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğulayıb, qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.

Избранный
7
6
marja.az

7Источники