RU

Coca-Cola “Soyuq Əllər, İsti Ürək” yarmarkasının yenidən tərəfdaşıdır (FOTO)

Bakı. Trend:

Bakının sevimli qış ənənələrindən olan “Soyuq Əllər, İsti Ürək”xeyriyyə yarmarkası Fəvvarələr Meydanında öz qapılarını şəhərsakinlərinə açıb.

Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə həyatakeçirilən yarmarkanın bu il də əsas tərəfdaşlarından biridir.Şirkət yarmarkada ən diqqətçəkən elementlərdən olan ikonikYeni il Şam AğacınıŞaxta Baba eviniquraşdırmaqla bayram ab-havasının yaradılmasına öz töhfəsiniverib.

Bu il qonaqları 60 böyük və 20 kiçik dekorativ ev, iki mərtəbəliüç restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti,fotozonalar, iki “photo booth” və sirk elementləri iləzənginləşdirilmiş tamamilə yeni məkanlar qarşılayır. Ziyarətçilərhəm Şərq, həm də Qərb ləzzətlərinin təqdim olunduğu stendlərdə istitəamlardan dadmaq, eksklüziv əl işlərini əldə etmək və müxtəlifoyunlarda iştirak etmək imkanı qazanırlar.

2013-cü ildən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilənyarmarkada sponsorlarının dəstəyi və dekorativ evlərin kirayəsindəntoplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkənuşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasınayönəldilir.

Həmçinin, internat və uşaq evlərindən olan azyaşlılaryarmarkanın fəxri qonaqları kimi tədbirə qatılaraq xüsusiproqramlarla qarşılanacaqlar.

Qeyd edək ki, yarmarkaya dəstək olmaqla Coca-Cola Azərbaycansosial məsuliyyətini yerinə yetirərək cəmiyyətdə müsbət fərqyaratmaq öhdəliyini də həyata keçirir.

Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illikyubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cüildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Colaİçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ınyaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”,“Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhursərinləşdirici içki markalarının istehsalı və satışı iləməşğuldur.

Coca-Cola
Coca-Cola
Coca-Cola
Coca-Cola
Coca-Cola
Избранный
11
4
az.trend.az

6Источники