RU

MKE ALPAY xarici bazarda yüksək ixrac potensialı ilə seçilir

“Makine ve Kimya Endüstrisi” şirkəti əsrlik təcrübəsi və sahib olduğu üstün mühəndislik qabiliyyətləri ilə Türkiyə Silahlı Qüvvələrinin döyüş meydanında ehtiyac duyduğu silah və sistemləri inkişaf etdirməyə davam edir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bunlardan biri də minalanmış ərazilərdə keçid açma sistemi olan MKE ALPAY-dır.

MKE ALPAY, əməliyyatlar zamanı minalanmış ərazilərdə hərəkətli birliklərin və piyada qüvvələrinin hədəflənən bölgəyə təhlükəsiz şəkildə irəliləyə bilməsi üçün MKE mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanıb.

Tank və piyada əleyhinə minaların hamısına qarşı təsirli olan MKE ALPAY-ın qoşqu üzərinə quraşdırılmış sistemi zirehli personal daşıyıcıları, tank və ya yük maşını kimi vasitələrlə asanlıqla daşına bilir.

400 kiloqram C4 partlayıcısı ilə 99% təmizləmə etibarlılığına sahib olan MKE ALPAY, təmizlənməsi nəzərdə tutulan əraziyə gətirildikdən sonra sistemdə yerləşən raket vasitəsilə 200 metrədək məsafəyə atıla bilir. Atıldıqdan sonra uzaqdan detonatorla partladılan raket, 10 metr enində və 100 metr uzunluğunda, yerin 1 metr dərinliyində yerləşən minaları zərərsizləşdirərək təhlükəsiz dəhliz yaradır.

Ərazinin minadan tam təmizləndiyi təsdiqləndikdən sonra hərəkətli və piyada birliklərinin açılmış bu dəhlizdən təhlükəsiz şəkildə keçidi təmin edilir.

Sistem istənilən hava şəraitində effektiv şəkildə istifadə oluna və cəmi 2 nəfər şəxsi heyət tərəfindən 15 dəqiqə kimi qısa bir müddətdə istifadəyə hazır vəziyyətə gətirilə bilir.

Dünyada böyük təhdidə çevrilən minalanmış sahələr üçün təhlükəsiz həll təqdim edən MKE ALPAY, yüksək ixrac potensialı ilə də diqqət çəkir. Sistem hazırda Türkiyə hərbçiləri tərəfindən mina riski olan əməliyyat bölgələrində və sərhəd xəttində aktiv şəkildə istifadə olunur.

MKE

Избранный
34
poliqon.az

1Источники