RU

Mirhəsən Seyidov: Plaşı 350 manata almışam...

İcra Başçısı: Bunu yayanlar Neftçalanın artan gücünü işıqlandırsınlar...

“Hugo Boss Burberry” brendinin yeni bir marka olduğunu sizdən eşidirəm. Plaş yenə də əynimdədir, 3 il bundan öncə, 350 manata almışam.

Poliqon xəbər verir ki, bunu Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib.

O, plaşla bağlı məlumat yayanları Neftçalaya dəvət edib: “Gəlsinlər, Möhtərəm cənab Prezidentin yüksək diqqəti ilə rayonda artan gücü, neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Hesab edirəm ki, I Balıq Festivalı da uğurla həyata keçirilib, doğma rayonumuza xeyirli, uğurlu olsun”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında M.Seyidovun plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və qiymətinin təqribən 13 000 avro (25 730 azn) olduğu iddia edilib.

Poliqon.info

Избранный
94
2
poliqon.info

3Источники