Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mütəmadiolaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları iləmaraqlanır, problemlərinin həllinə köməklik göstərir.
Trend xəbər verirki, Elnur Rzayev növbəti dəfə Xaspoladoba kəndində Vətən müharibəsişəhidi İmamov Rəhim Rauf oğlunun ailəsini ziyarət edib, sosialqayğıları ilə maraqlanıb. Şəhidlərə rəhmət, qazilərə can sağlığıdiləyib. Bildirib ki, qəhrəman oğullarımızın şücaəti Vətəntorpaqlarının azadlığa qovuşmasında mühüm rol oynayıb və onlarındöyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığınıbildirib.
Qeyd edək ki, şəhid Rəhim İmamovun atası Rauf İmamov BirinciQarabağ müharibəsinin iştirakçısı olub.