RU

“Çətin olsa da, sonda bunu bacardıq” - “Ayaks”ın baş məşqçisi

“Çox maraqlı oyun alındı. “Qarabağ” baxımlı qollar vurdu. Onların bir çox fürsətləri oldu. Fasilədən sonra hesabda geri düşdük. Geridönüş bizim üçün çətin olsa da, sonda bunu bacardıq”

Teleqraf xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının VI tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Избранный
72
teleqraf.com

1Источники