RU

“Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ayaks”ın baş məşqçisi Fred Qrim Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.

– Nəhayət, xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?

– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.

– Çempionlar Liqasıında geridönüşünüz olmuşdu?

– Buna sevinirəm. Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır. Nəticədən məmnunam. Belə oyunlarda xırda detallar həlledici olur.

– Futbolçularınız çox sürüşürdü. Amma “Qarabağ”ın oyunçuları yox.

– Bəli, ola bilər, “Qarabağ” belə ot örtüyündə oynamağa öyrəşib. Bizim üçün çətin oldu.

– “Feyenoord”la matç üçün özünəinamınız artacaq?

– Bəli. İstəyirik ki, qələbə seriyamızı davam etdirək.

– Paltardəyişmə otağında ilk qələbəni necə qeyd etdiniz?

– Böyük sevinc var idi. Azarkeşlərimiz də böyük dəstək göstərdi. İnanılmaz hisslər yaşayırıq.

– Meydana çıxan gəncləriniz haqda nə düşünürsünüz?

– Pis oynamadılar. Aaron da özünü yaxşı göstərdi. Gənc olmalarına baxmayaraq, bu cür səviyyəyə hazır olduqlarını göstərdilər.

– İlk qələbə münasibətilə təbrik edirəm. Son 10 dəqiqədə 3 qol vurdunuz. Həmin an “Qarabağ”ı nədə üstələdiniz?

– Məncə, ilk növbədə komandanın yaxşı təşkil olunması vacib məqam idi. “Qarabağ”ın güclü tərəflərini də, axsaq tərəflərini də bilirdik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
futbolpress.az

1Источники