RU

Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dekabrın 10-da Milli Məclisdə Azərbaycan-Latviyaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin LatviyanınAzərbaycandakı səfiri Edqars Skuya ilə görüşü keçirilib.

Trend-inməlumatına görə, görüşün məqsədi parlament seçkilərindən sonra yeniformalaşan dostluq qrupunun üzvləri ilə səfirin tanışlığı olub.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafına dair genişmüzakirələr aparılıb. İki ölkə arasında kənd təsərrüfatı, qidasənayesi və səhiyyə sahələrində təcrübə mübadiləsinin davametdirilməsi, qarşılıqlı səfərlərin artırılması və bu sahələrdəəməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsiaparılıb.

İşçi qrupunun rəhbəri Kamran Bayramov məlumat verib ki, həm2024-cü il, həm də 2025-ci il Azərbaycan və Latviya arasındamünasibətlərin genişlənməsi baxımından olduqca zəngin və əlamətdarolub.

2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərinqurulmasının 30 illiyi qeyd olunub və bu çərçivədə hər iki ölkədəsiyasi, iqtisadi və humanitar tədbirlər təşkil edilib, qarşılıqlısəfərlər həyata keçirilib.

Vurğulanıb ki, xüsusilə bu il iki ölkə arasında münasibətləritəşviq edən qarşılıqlı səfərlər baş tutub.

Bu ilin mayında Latviyanın kənd təsərrüfatı naziri Azərbaycanasəfər edərək kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirakedib. Avqustda isə Latviyanın səhiyyə naziri ölkəmizdə səfərdəolub, qastroenterologiya konqresində iştirak edib və Milli MəclisdəDostluq Qrupunun üzvləri ilə görüş keçirib. Bir neçə gün əvvəl isəAzərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyinümayəndə heyəti Latviyada işgüzar səfərdə olub, çox sayda görüşlərkeçirib, Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasındasəhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın inkişafına da xüsusidiqqət yetirilib. Milli Məclis və Latviya Seymi arasında əlaqələringenişlənməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentarilərinbeynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəklənməsi önplana çəkilib.

Latviya səfirinə Azərbaycanda və regionda baş verən proseslər,Azərbaycan–Ermənistan sülh gündəliyinin təşviq edilməsi, VaşinqtonSammiti və onun nəticələri, işğaldan azad olunan ərazilərdəaparılan bərpa və yenidənqurma işləri, eləcə də “Böyük Qayıdış”Dövlət Proqramının icrası barədə ətraflı məlumat verilib. Səfirsülh gündəliyinin, sülhün bərqərar olmasının region üçün siyasi,iqtisadi və humanitar əhəmiyyəti barədə də məlumatlandırılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan-Latviya parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun üzvü olan millət vəkilləri SevilMikayılova, Elçin Mirzəbəyli, Azər Allahverənov, Mahir, Süleymanlı,Malik Həsənov, Aydın Hüseyov və digər rəsmi şəxslər iştirakediblər.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Избранный
24
5
az.trend.az

6Источники