RU

Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur

Bakı. Trend:

Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsiməmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarasıəlaqələrimizin inkişafına, müxtəlif sahələrdə, xüsusilə dəenergetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdəəməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk.

Trend xəbərverir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin KeniyaPrezidenti Uillyam Samoei Rutoya bu ölkənin milli bayramı -Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yeralıb.

“Sentyabr ayında Nyu-Yorkda Sizinlə səmimiyyət və qarşılıqlıetimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarlaxatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraqvə mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluqəlaqələrimizin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfliəsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın dərinləşməsinə nailolacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Избранный
21
49
az.trend.az

10Источники