RU

Azərbaycan nefti ucuzlaşıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,09 ABŞ dolları və ya 0,14% azalaraq 65,23 dollar təşkil edib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,14% ucuzlaşaraq 63,31 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 dollar və ya 0,88% azalaraq, 36,09 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,24 dollar və ya 0,38% azalaraq 62,58 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
32
33
turkic.world

10Источники