“Qarabağ” dünya reytinqində üç pillə geriləyib.
Msport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
187,5 xalı olan Azərbaycan çempionu 65-ci yerdən 68-ci sıraya düşüb. “Sabah” (87,25 xal) 276-cı mövqedən 252-yə, “Zirə” (70,5 xal) 387-dən 360-a qalxıb. “Araz-Naxçıvan” 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.