RU

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib



Dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, qonaqları salamlayan V.Mustafayev onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında dostluq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini bildirərək, müdafiə sənayesi sahəsində Azərbaycan–Özbəkistan tərəfdaşlığının daha da gücləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib.

M.İbodullayev öz növbəsində səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin dərinləşməsində bu cür görüşlərin mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, müasir texnologiyaların müdafiə sənayesində tətbiqi, innovativ həllərin təkmilləşdirilməsi, istehsal imkanlarının genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi, eləcə də elmi-tədqiqat layihələrinin inkişaf etdirilməsi və digər istiqamətlərdə müzakirələr aparılıb.

Süleyman
Избранный
29
newscenter.az

1Источники