İsrail polisinin ukraynalı biznesmen Timur Mindiçə qarşı sui-qəsd cəhdi barədə heç bir məlumatı yoxdur.
APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” İsrail mediasına istinadən məlumat yayıb.
İsrail nəşrlərinə verdikləri şərhlərdə polis nümayəndələri bildiriblər ki, hazırda İsrail ərazisində olan Mindiçə qarşı hazırlanan və ya həyata keçirilən hər hansı sui-qəsd barədə məlumatları yoxdur.
İsrail polisinin mətbuat katibi Mixal Zingerman isə bildirib ki, hüquq-mühafizə orqanlarının hazırkı vaxta olan məlumatlarına görə, oliqarx Kolomoyskinin yaydığı iddiaları “təsdiq edən hər hansı sübut” yoxdur.
Qeyd edək ki, iş adamı İqor Kolomoyski məhkəmə zalında noyabrın 28-də adı korrupsiya qalmaqalında hallanan Timur Mindiçə qarşı sui-qəsd cəhdi olduğunu bildirib.