Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinidən məlumat verilib.
Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.