RU

“Real”ın Konate sevgisi bitmir

“Real” müdafiə xəttini gücləndirmək üçün yenidən İbrahima Konatenin transferinə yönəlib.

İdmanxeber.az xəbər verir ki, klub payızda “Liverpul” müdafiəçisindən imtina etsə də, Eder Militaonun ciddi zədəsi planları dəyişib. Braziliyalı oyunçunun yalnız apreldə qayıdacağı gözlənilir.

Bu səbəbdən Madrid təmsilçisi Konate variantına qayıdıb.

Müqaviləsinin son ilini yaşayan 26 yaşlı fransalı müdafiəçi qışda təxminən 17 milyon avroya transfer oluna bilər.

Избранный
16
idmanxeber.az

1Источники