RU

"Məkr və Məhəbbət" əsəriMasallıda nümayiş olunub

Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı  sayəsində  Masallı şəhər Heydər Əliyev Mərkəzində  Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında təbii, dramatik dialoqları və kəskin qarşıdurmaları ilə klassik alman ədəbiyyatının zirvəsi sayılan Fridrix Şillerin "Məkr və Məhəbbət" əsəri nümayiş olunub.

Böyük maraqla qarşılanan tamaşada  rayonun rəhbəri  Araz Əhmədovla bərabər  aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri,  ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.

Rolları Xalq artisti Qabil Quliyevin, Əməkdar artist Sucəddin Mirzəyevin, aktyorlardan Səyad Əliyevin, Gülər Kərimovanın, Saleh Əzimzadənin , Məleykə Cəfərovanın və  Teymur Hacızadənin  ifa etdilər tamaşanın təqdimatında sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova və kollektivinə möhtəşəm tamaşaya  görə təşəkkürünü bildirmişdir.

Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova da öz növbəsində onlara yaradılan şəraitdən ötrü  rayon rəhbərinə minnətdarlığını ifadə etmişdir.

Məlumat üçün  bildirək ki,  "Məkr və Məhəbbət" əsəri  sevgi və cəmiyyətin sərt qanunları arasında qalmış iki gəncin - zadəgan ailəsindən olan Ferdinand və sadə musiqiçinin qızı Luizanın faciəvi məhəbbət hekayəsidir. Onların saf münasibəti hakimiyyət intriqaları, məkrli planlar və sosial bərabərsizliyin basqısı altında məhv olur. Əsər, məhəbbətin saf və yüksəldici gücünü göstərməklə yanaşı,  hakimiyyət və fərdi azadlığın boğulması kimi mövzuları kəskin şəkildə tənqid edir. Şiller bu faciə vasitəsilə həm o dövrün ictimai quruluşuna qarşı etirazını bildirir, həm də insan ləyaqətinin müdafiəsini önə çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
53
olaylar.az

1Источники