RU

Tramp: Ukraynalıların 82% i sülh razılaşmasını tələb edir

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ukrayna əhalisinin 82 faizinin sülh sazişinin əldə olunmasını tələb etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu fikri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı səsləndirib.

“Ukrayna xalqı razılaşma istəyir. Mən başa düşürəm ki, onlar hər həftə minlərlə insan itirirlər. Onlar bunun bitməsini istəyirlər”, – Tramp deyib.

O, həmçinin Ukraynada seçkilərin keçirilməsinin vacibliyini bir daha vurğulayıb və ölkədə “böyük korrupsiya”nın mövcudluğuna işarə edib.

“Düşünürəm ki, o (Zelenski – red.) realist olmalıdır. Gerçəkdən də görəsən, onların seçki keçirməsinə nə qədər vaxt lazımdır? Demokratiya? Onlar müharibədə çox insan itirib uzun müddətdir seçki keçirmirlər”, – Tramp əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
icma.az

2Источники