Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də Türkmənistana işgüzar səfərə gedib.
Nazirlər Kabinetindən "Unikal"a bildiriblər ki, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.